TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto

 TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto

Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qəza baş verib.

Asayis.az xəbər verir ki, “Mersedes” markalı yük avtomobili TIR-la toqquşub.

Nəticədə “Mersedes”in sürücüsü 36 yaşlı Heydər Hüseyngil hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

13:00 - 4 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin