Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq

 Rayonlarda güclü külək əsəcək – Xəbərdarlıq

Mayın 5-6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.

Bu barədə Asayis.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Naxçıvan MR, Neftçala, Salyan, Mingəçevir, Göyçay, Göygöl, Gəncə, Samux, Naftalan, Goranboy, Daşkəsən, Gədəbəy, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şirvan, Ağsu, Şamaxı, Qobustan, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

16:46 - 4 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin