Xəzərin səviyyəsi 21 metr azala bilər

 Xəzərin səviyyəsi 21 metr azala bilər

Xəzər dənizində suyun səviyyəsi əsrin ortalarına qədər 8-21 metr azala bilər.

Asayis.az xəbər verir ki, bunu Tehran Konvensiyası Katibliyinin koordinatoru Mahir Əliyev Astanada keçirilən Regional Ətraf Mühit Sammitində deyib.

Onun sözlərinə görə, problemin həlli üçün beş Xəzəryanı dövlətin — Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın uzunmüddətli iştirakı vacibdir.

BMT Baş katibinin müavini İnger Andersen də ölkələri elmi monitorinq, iqlim dəyişikliyinə uyğunlaşma və Xəzər ekosisteminin qorunmasını əhatə edən 2026-2036-cı illər üçün birgə fəaliyyət planı hazırlamağa çağırıb.

13:34 - 23 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin