DGK Ermənistandan mal idxalına aydınlıq gətirdi

 DGK Ermənistandan mal idxalına aydınlıq gətirdi

Dövlət Gömrük Komitəsi Azərbaycanın ötən ay Ermənistandan 960 ABŞ dolları dəyərində mal idxal etməsini şərh edib.

Komitədən Asayis.az-a bildirilib ki, həmin mal əslində Niderlanddan gətirilmiş qızıl gül olub.

"Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası"nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb.

16:26 - 16 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin