Bulvarda gülləri əzənlər polisə çağırıldı - Video

 Bulvarda gülləri əzənlər polisə çağırıldı - Video

Dənizkənarı Milli Park ərazisində əkilmiş gülləri tapdalayaraq yararsız hala salan şəxslər polis bölməsinə çağırılıb.

Asayis.az Trend-ə istinadla xəbər verir ki, ziyan vuran şəxslərin kimliyi müəyyənləşdirilir.

Artıq bu əməlləri törədən 10-a yaxın şəxs müəyyən edilərək polisə çağırılıb.

Həmin şəxslər barəsində müvafiq tədbirlər görülür.

14:42 - 13 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin