Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu

 Xəzərdə 4,3 bal gücündə zəlzələ oldu

Yerli vaxtla saat 05:55-də Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub.

Asayis.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, aprelin 4-də də Xəzərdə 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

07:50 - 7 Aprel 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin