Qatarların qrafikində qismən kənara çıxma halları ola bilər

 Qatarların qrafikində qismən kənara çıxma halları ola bilər

Azərbaycan Dəmir Yolları QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

ADY-dən Asayis.az-a verilən məlumata görə, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir.

"Bəzi sahələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin endirilməsi səbəbindən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər", - ADY qeyd edir.

ADY hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edir.

09:42 - 28 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin