Altı ay əvvəl prorektor təyin olunan şəxsə yeni vəzifə verildi

 Altı ay əvvəl prorektor təyin olunan şəxsə yeni vəzifə verildi

Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) satınalma komissiyasına yeni sədr təyin olunub.

Asayis.az Qaynarinfo-ya istinadla xəbər verir ki, ADHTİ-nin rektoru, tibb elmləri doktoru Nazim Əliyevin müvafiq əmri ilə İnstitutun İnzibati işlər üzrə prorektoru Röyal Süleymanov sözügedən vəzifəyə gətirilib.

Qeyd edək ki, Röyal Süleymanov 2025-ci ilin sentyabrından Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inzibati işlər üzrə prorektoru təyin olunmuşdu.

14:00 - 18 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin