Sabirabadda 14 kq narkotik aşkarlandı, 25 yaşlı qadın tutuldu

 Sabirabadda 14 kq narkotik aşkarlandı, 25 yaşlı qadın tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı A.Kərəmova Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyindən Asayis.az-a bildirilib ki, ondan 14 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

09:22 - 5 Mart 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin