Bakıdan Şarja şəhərinə uçan Birləşmiş Ərəb Əmirliklərinin "Air Arabia" aviaşirkətinə məxsus təyyarə Pakistanın Karaçi şəhərinə təcili eniş edib.
Asayis.az xəbər verir ki, bunu politoloq Turab Rzayev Bakupost.az-a açıqlamasında deyib.
Məlumata görə, təcili enişə səbəb İran-İsrail arasındakı şiddətli qarşıdurma ilə əlaqədar hava sahəsinin təhlükəli vəziyyəti olub:
"Uşaqlı, qocalı 50 nəfər qalıb Karaçi küçələrində. Karaçidə silahlı adamlar gəzir. Sərnişinlər isə bir təhlükədən yayınıb, başqa bir təhlükəli vəziyyətin ortasına düşüblər. Üstəlik, yerləşdirildikləri otel də qənaətbəxş deyil", - o əlavə edib.
