Anasının çörək bişirmək üçün evdə tək qoyub getdiyi körpə yatdığı yerdə yanaraq öldü - VİDEO

 Anasının çörək bişirmək üçün evdə tək qoyub getdiyi körpə yatdığı yerdə yanaraq öldü - VİDEO

Goranboyda 6 aylıq körpənin yanaraq ölməsinin təfərrüatı məlum olub.

Veyisli kəndində 1998-ci il təvəllüdlü Vüsalə Mamedova azyaşlı uşaqlarını qonşusunun evində nəzarətsiz qoyub.

Onun anası yanğın olan evdə çörək bişirirmiş.

Bu zaman qadının böyük oğlunun (azyaşlıdır) kibritlə ehtiyatsız davranması nəticəsində evin mətbəxində yanğın baş verib. Bu zaman 6 aylıq körpə ağır yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən körpə həkimlərin səyinə baxmayaraq ölüb.

Ətraflı "Xəzər Xəbər"in süjetində:
 

 

13:56 - 17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin