Ağır qəzada polis zabiti həlak oldu

 Ağır qəzada polis zabiti həlak oldu

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

Asayis.Az xəbər verir ki, rayon ərazisində minik avtomobilinin qəzaya uğraması nəticəsində avtomobilin sərnişini Elbəyi Həsənov vəfat edib.

Bildirilir ki, vəfat edən E.Həsənov polis zabitidir. O, Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Qafqazinfo)

12:40 - 16 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin