İki yaşlı oğlunun ölümünə səbəb oldu

 İki yaşlı oğlunun ölümünə səbəb oldu

Saatlı rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Asayis.Az xəbər verir ki, rayon sakini Elşən Əskərov idarə etdiyi “VAZ” markalı avtomobillə 2 yaşlı oğlu Sənanı vurub.

Belə ki, 1992-ci il təvəllüdlü E.Əskərov sürücülük hüququ olmadan idarə etdiyi maşınla yaşadığı evin həyətindən çıxmaq istəyib. Lakin avtomobili arxaya doğru sürərkən övladı maşının altında qalıb. Azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

16:58 - 13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin