45 yaşlı kişi qətlə yetirildi

 45 yaşlı kişi qətlə yetirildi

Şamaxıda qətl hadisəsi olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Asayis.Az-a bildirilib ki, sentyabrın 13-də saat 06 radələrində Şamaxı rayonunda 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya və 45 yaşlı Əliağa Hüseynova kəsici alətlə xəsarət yetirilməsi, Ə.Hüseynovun isə aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən ölən şəxsin kürəkəni Elbrus Şeydayev saxlanılıb.

Araşdırma aparılır.

16:34 - 13 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin