Marşrut avtobusu piyadanı vuraraq öldürdü

 Marşrut avtobusu piyadanı vuraraq öldürdü

Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.Az xəbər verir ki, dünən saat 22:20 radələrində 1962-ci il təvəllüdlü Akif Ələkbərli idarə etdiyi 46 saylı marşrut xətti üzrə “Daewoo” markalı avtobusla yolu keçən piyadanı vurub. Nəticədə 1971-ci il təvəllüdlü Elmidar Kazım oğlu Xudiyev aldığı ağır xəsarətlərdən vəfat edib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

16:59 - 10 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin