Prokurorluq əməkdaşı ağır yol qəzasında həlak oldu

 Prokurorluq əməkdaşı ağır yol qəzasında həlak oldu

Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Asayis.Az Qafqazinfo0ya istinadən xəbər verir ki, hadisə Beyləqan-Daşburun yolunda baş verib.

1999-cu il təvəllüdlü Nazim Habil oğlu Rzayevin idarə etdiyi "KIA Optima" markalı avtomobil aşıb.

Sürücü aldığı xəsarətlərdən vəfat edib. Məlumata görə, qəzada vəfat edən Nazim Rzayev Şəmkir rayon sakinidir. O, Beyləqan Rayon Prokurorunun köməkçisi vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

09:59 - 8 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin