Masallıda yanan ev tanınmış həkimə məxsus imiş - FOTO

 Masallıda yanan ev tanınmış həkimə məxsus imiş - FOTO

Xəbər verdiyimiz kimi, avqustun 18-i Masallı rayonunda ikimərtəbəli ev yanıb.

Asayis.Az unikal.az-a istinadən xəbər verir ki, yanan ev rayonun tanınmış həkimi 1955-ci il təvəllüdlü Vaqif Oruc oğlu Qurbanova məxsus olub.

O, Masallı rayon RMX-nin həkim-baş terapevti, tibb üzrə fəlsəfə doktorudur (kardiologiya).

Qeyd edək ki, hadisə vaxtı ümumi sahəsi 216 kv olan evin mansard (çardaq) hissəsindən başlayan alov əsasən evin 2-ci mərtəbəsini əhatə edib. Görülən tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb.





 

14:17 - 19 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin