Salyanda 44 yaşlı kişi bıçaqlandı

 Salyanda 44 yaşlı kişi bıçaqlandı

Salyanda 44 yaşlı kişi bıçaqlanıb.

Asayis.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin B.Talıblı küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 1980-ci il təvəllüdlü Əsgərov Yusif Adil oğlu kəsilmiş-deşilmiş bıçaq yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

10:03 - 17 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin