Zərdabda ağır yol-nəqliyyat hadisəsi, ölən və yaralananlar var

 Zərdabda ağır yol-nəqliyyat hadisəsi, ölən və yaralananlar var

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Asayis.Az-a bildirib ki, avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

11:07 - 11 Avqust 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin