İyulun 30-da səhər saatlarında Qusar rayonu ərazisində rayon sakini 23 yaşlı İ.Duraxanovun ov silahından açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Asayis.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən atası 83 yaşlı Duraxanov Sərkər Duraxan oğlu saxlanılıb. Faktla bağlı araşdırma aparılır.