Ehtiyatsızlıqdan tanışını traktorla vuraraq öldürdü

 Ehtiyatsızlıqdan tanışını traktorla vuraraq öldürdü

Cəlilabad sakini ehtiyatsızlıqdan tanışını traktorla vuraraq öldürüb. Asayis.Az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Məlumata görə, sürücülük hüququ olmayan Məhəmməd Həsənov atasına məxsus traktoru irəli hərəkət etdirən zaman texnikaya qoşulmuş otbağlayan qurğunun metal hissəsi tanışı Cavid Vahabova dəyib. C.Vahabov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

12:07 - 29 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin