Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxıb.
Bizim.Media-ya daxil olan məlumata görə hadisə dəmiryolunun Siyəzən rayonunun Zarat qəsəbəsindən keçən hissəsində baş verib. Yük qatarının 3-4 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb. Sahibkarlara ciddi zərər dəyib.
Ölən və xəsarət alanlarla bağlı hələki məlumat yoxdur.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən rəsmi məlumat verilməyib.