Suraxanıda qadın evində yanaraq ölüb.
Asayis.Az xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, Quşçuluq Sovxozunda qeydə alınıb.
Belə ki, 1954-cü il təvəllüdlü Xanbabayeva Emilya Usbat qızı yaşadığı fərdi evdə qısaqapanma nəticəsində baş verən yanğın zamanı hadisə yerində yanaraq ölüb.
Faktla bağlı FHN-in Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılır.