İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Tural Kamil oğlu Kosayevin odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü İsmayıl İbrahim oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.