Binəqədidə qumbara və tüfəng aşkarlandı

 Binəqədidə qumbara və tüfəng aşkarlandı

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Əliyev Cavad Akif oğluna məxsus 1 ədəd “RQ-42” markalı əl qumbarası və 1 ədəd kustar üsulla hazırlanmış ov tüfəngi Bakı şəhəri, Binəqədi rayonu ərazisində aşkar edilərək götürülüb. Asayis.Az xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib. Faktla bağlı araşdırma aparılır.

16:45 - 3 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin