Tanınmış aktyorun cəsədi tapıldı

 Tanınmış aktyorun cəsədi tapıldı

Bir neçə gündür itkin düşən amerikalı aktyor Kole Brinqs Plenti meşədə ölü tapılıb. Asayis.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Bildirilib ki, 27 yaşlı aktyor Kanzas ştatında meşəlik ərazidə cansız vəziyyətdə tapılıb. Aktyorun ailəsi mediaya xəbərin doğru olduğunu təsdiqləyib. Qeyd edək ki, gənc aktyorun hansı səbəbdən vəfat etdiyi hələki məlum deyil.

Araşdırmalar davam etdirilir.

10:46 - 7 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin