Bakıda gənc oğlanı maşın vurdu

 Bakıda gənc oğlanı maşın vurdu

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.Az xəbər verir ki, Zabrat qəsəbəsində avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Şafanov Kamal Cabir oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

17:45 - 29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin