Göygöldə 18 yaşlı gənc bıçaqlanıb

 Göygöldə 18 yaşlı gənc bıçaqlanıb

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Zurnabad kəndində qeydə alınıb.

2006-cı il təvəllüdlü Nihat Mirzəyev bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat edilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.(apa)

13:00 - 29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin