Göygöldə iki nəfər dəm qazında zəhərlənib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Göygöl şəhərinin Məhmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.
Belə ki, 2013-cü il təvəllüdlü Nuray Atayeva və onun bacısı 2017-ci il təvəllüldü Sunay Atayeva zəhərlənmə diaqnozu ilə xəstəxanya yerləşdilib,
Onların vəziyyəti kafi qiymətləndirilir.
Məlumata görə, bacılar yaşadıqları evdə dəm qazından zəhərləniblər.