Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
APA-nın məlumatına görə, hadisə rayonun Zəlimxan kəndində baş verib.
1991-ci il təvəllüdlü Əsli Süleymanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, 33 yaşlı qadın yaşadığı evdə dəm qazında zəhərlənib.