Asayis.Az xəbər verir ki, bu barədə Rusiyanın sığorta bazarındakı mənbədən TASS-a bildirilib.
"Yanğın nəticəsində Crocus City Hall-un əmlakına dəyən zərər ilkin olaraq 10 milyard rubl qiymətləndirilir. Bina ənənəvi olaraq sığortalanıb", - agentliyin həmsöhbəti bildirib.
Martın 22-də axşam Moskvada Crocus City Hall-da naməlum şəxslər avtomat silahdan atəş açıb, binada partlayış baş verib və yanğın başlayıb. Son məlumata görə, terror aktında ölənlərin sayı 143 nəfərə çatıb.
Crocus City Hall 2009-cu ilin oktyabrında açılıb. 2015-ci ildə Ağalarov RBC-yə müsahibəsində bildirmişdi ki, konsert zalının tikintisi 70 milyon dollara başa gəlib, onun 35%-i kredit vəsaiti olub. Crocus City Hall-un maksimal tutumu 9,5 min nəfəri ötür. 2022-ci ildə zal modernləşdirilib. Həmin binada 225 otaqlı üçulduzlu “Aquarium Crocus City" oteli də fəaliyyət göstərir.