Moskvada terror aktında 41 yaşlı azərbaycanlı həlak olub

 Moskvada terror aktında 41 yaşlı azərbaycanlı həlak olub

"Crocus City Hall"da baş verən terror aktı zamanı həlak olan azərbaycanlı barədə yeni məlumatlar əldə olunub.

APA-nın Moskva müxbiri xəbər verir ki, terror aktında həlak olan həmyerlimizin 1983-cü il təvəllüdlü Hüseynov Vüqar Fuad oğlu olduğu məlum olub.

Terror aktı ilə bağlı yaradılmış operativ qərargahdan bildiriblər ki, V. Hüseynovun Azərbaycan və ya Rusiya vətəndaşı olduğu araşdırılır.

***

12:18

“Crocus City Hall”da baş verən terror aktı zamanı ölənlər arasında bir azərbaycanlının olmasına dair məlumat yayılıb.

 Moskva vilayəti Səhiyyə Nazirliyi terror aktında həlak olanların ilkin siyahısını açıqlayıb.

37 nəfərin olduğu siyahıda Vüqar Hüseynov adlı bir azərbaycanlı da yer alıb.

18:00 - 24 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin