Moskvada konsert zalında DƏHŞƏTLİ TERROR - Xeyli sayda ölən və yaralanan var

 Moskvada konsert zalında DƏHŞƏTLİ TERROR - Xeyli sayda ölən və yaralanan var

"Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140 nəfərə çatıb.

Bina yanmağa davam edir. Yanğın sahəsi təxminən üç min kvadratmetr təşkil edir.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binada baş verən yanğının söndürülməsi üçün aviasiyadan istifadə edilir, helikopter yanan binaya su tökür, daha iki helikopter isə havaya qalxmağa hazırlaşır.

Qeyd olunub ki, “Crocus City Hall”un yaxınlığında içərisində partlayıcı maddə olan avtomobil ola bilər, Xüsusi Çevik Müdaxilə Dəstələri insanları binadan uzaqlaşdırırlar.

Həmçinin, yeni çökmənin baş verdiyi də bildirilir. Binadan qışqırıq səsləri eşidilir.//Oxu.az

09:30 - 23 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin