Rusiyanın Maqadan vilayətində "Mi-8" helikopteri qəzaya uğrayıb.
Asayis.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı göyərtədə 20 nəfər olub.
Rusiya Federasiyasının Uzaq Şərq Nəqliyyat Prokurorluğunun məlumatına görə, qəza nəticəsində azı 2 nəfər ölüb. Digər mənbələrə görə, yalnız bir qurban var.
"İlkin məlumatlara görə, hadisəyə səbəb mühərrikin nasazlığı olub", - deyə prokurorluq qeyd edib.
Yerli vaxtla saat 11:05-də qəzaya düşən helikopter “Dalnegorsk Avia” daşıyıcısına məxsus olub. Təyyarə qızıl mədəni işçilərini daşıyırmış.