Hüseyn Əzizoğlunun restoranında bıçaqlanma - Saxlanılan var - RƏSMİ AÇIQLAMA

 Hüseyn Əzizoğlunun restoranında bıçaqlanma - Saxlanılan var - RƏSMİ AÇIQLAMA

"Bununla bağlı hazırda müvafiq polis orqanında təhqiqat araşdırması aparılır. Əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb".

Bu sözləri BAKU.WS-ə açıqlamasında DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev bildirib.

O əlavə edib ki, zərərçəkmişin xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub:

"Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

***10:11

Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında bıçaqlanma ilə nəticələnən dava düşüb. 

BAKU.WS-in məlumatına görə, hadisə zamanı bir nəfər bıçaqlanıb. 

DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev saytımıza bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Papaq” restoranlar şəbəkəsinin sahibi bir vaxtlar tanınmış bloqer olan Hüseyn Əzizoğludur.

***08:14

Bakının Yasamal rayonunda restoranda dava düşüb.

Hadisə “Papaq” restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Yaqubov Aqil Anar oğlu restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub.

Həmin vaxt o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları araşdırır.//Apa

14:00 - 8 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin