Salyanda dəhşət - Ər və arvad qətlə yetirildi

 Salyanda dəhşət - Ər və arvad qətlə yetirildi

Salyanda ər və arvad qətlə yetirilib. Asayis.Az xəbər verir ki, hadisə Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. Həmin kəndin sakinləri, əvvəllər tibb müəssisəsində baş həkim vəzifəsində çalışan 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədova naməlum şəraitdə qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

15:30 - 1 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin