Bakıda ayaqqabı mağazasında yanğın olub - VİDEO

 Bakıda ayaqqabı mağazasında yanğın olub - VİDEO

Bakının Koroğlu Rəhimov küçəsində yerləşən ayaqqabı mağazalarından birində yanğın olub.

Asayis.az  xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğın söndürülüb.

 

VİDEO

14:00 - 23 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin