Ödənişli yolda qəza: BMW tanınmaz hala düşdü - VİDEO

 Ödənişli yolda qəza: BMW tanınmaz hala düşdü - VİDEO
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.Az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayımlanıb.

İlkin məlumata görə, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşaraq tanınmaz hala düşüb.

Hadisə nəticəsində xəsarət alan olub-olmaması ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, bundan əvvəl Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan və Şabrandan keçən hissəsində də ölümlə nəticələnən yol qəzaları baş vermişdi.
 

 

13:00 - 19 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin