Sumqayıtda "Prius"la toqquşan yük maşını aşıb - Xəsarət alanlar var - FOTO

 Sumqayıtda

Sumqayıtda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Asayis.az report-a istinadən xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

Belə ki, "İsuzu" markalı yük avtomobili ilə "Toyota Prius" markalı avtomobil toqquşub. Nəticədə "İsuzu" aşaraq restoranın məhəccərlərini yararsız hala salıb.

Qəza zamanı "Toyota Prius"un sürücüsü Vüsal Hacılı və bir sərnişin xəsarət alıb, onların hər ikisi xəstəxanaya yerləşdirilib.

 

16:00 - 17 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin