Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini pozan 9 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb edilib.
Fövqəladə Hallar Nazirliyindən Asayis.az-a verilən məlumata görə, Bakı şəhəri, Pirallahı rayonunun Pirallahı və Gürgan qəsəbələri, Sabunçu rayonunun Nardaran qəsəbəsi, Qaradağ rayonunun Ələt qəsəbəsi və Salyan rayonunun Xıdırlı kəndində Xəzər dənizinin sahilboyu ərazilərində keçirilmiş nəzarət tədbirləri zamanı ümumilikdə 35 qayıq saxlanılıb.
Bildirilib ki, sürücülük hüququ olmadan kiçikhəcmli gəmilərin istismarı, xilasetmə və digər təchizat avadanlıqları olmadan qayıqlardan istifadə qaydalarınl pozan 9 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.
Həmin nəqliyyat vasitələrinin texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb.
QALEREYA