Bakıda 6 yaşlı uşaq belə xilas edildi - VİDEO

 Bakıda 6 yaşlı uşaq belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Asayis.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2018-ci il təvəllüdlü azyaşlını xilas ediblər.

 

VİDEO

12:45 - 15 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin