Rusiyada yüz mindən çox insan işıqsız qalıb

 Rusiyada yüz mindən çox insan işıqsız qalıb

Rusiyanın bir neçə regionunda 100 mindən çox insan elektrik enerjisindən məhrum olub.

Bu barədə Rusiya Energetika Nazirliyi öz "Telegram" kanalında məlumat verib.

Məlumata görə, soyuq hava şəraiti ilə əlaqədar Rusiyanın üç regionunda elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Rostov və Volqoqrad vilayətlərinin sakinləri problemi daha qabarıq yaşayıblar.

Qeyd edək ki, Rusiyanın bir sıra bölgələrinə güclü qar yağıb. Rostov və Volqoqrad vilayətinin bir sıra məktəblərində kəskin soyuqlara görə dərslər ləğv edilib və şagirdlər distant təhsil formatına keçiblər.

 

15:45 - 13 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin