Türkiyədə helikopter qəzaya uğrayıb: Ölən və yaralanan var - VİDEO

 Türkiyədə helikopter qəzaya uğrayıb: Ölən və yaralanan var - VİDEO

Türkiyədə helikopter qəzası nəticəsində iki pilot ölüb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

"Bu gün axşam saatlarında Hatay Hava Limanından Qaziantep Hava Limanına getmək üçün havaya qalxan Təhlükəsizlik Aviasiya Baş İdarəsi inventarında qeydiyyatdan keçmiş EM 708 nömrəli helikopterimiz Qaziantepin Nurdağı mahalının Kartal Köyü ərazisində qəzaya uğrayıb.

Vahid Hava Hərəkatları Mərkəzi tərəfindən sonuncu dəfə saat 22.49-da əlaqə saxlanılan helikopterimizdə olan 2 pilotumuz şəhid olub, texniki işçimiz isə yaralanıb.

Qəhrəman pilotlarımıza Allah rəhmət eləsin, ailələrinə, əziz xalqımıza və Polis İdarəmizə başsağlığı verirəm",-deyə nazir qeyd edib.

BAKU.WS

VİDEO

11:00 - 4 Fevral 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin