Tofiq Musayev və Mehman Məmmədov saxlanıldı: Daha dörd idmançı isə həbs

 Tofiq Musayev və Mehman Məmmədov saxlanıldı: Daha dörd idmançı isə həbs

Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri paytaxtın bulvar ərazisində törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

APA-nın əldə etdiyi məlumata görə, fakta görə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər - Tofiq Musayev və Mehman Məmmədov haqqında digər qətimkan tədbiri seçilib.

Hazırda xuliqanlıq maddəsi üzrə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla, ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən tanınmış idmançıların saxlanılması faktını təsdiq ediblər.

 

10:30 - 1 Fevral 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin