Sabirabadda tibb məntəqəsi yanıb

 Sabirabadda tibb məntəqəsi yanıb

Sabirabad rayonunun Bala Həşimxanlı kəndində tibb məntəqəsi yanıb.

Bu barədə Asayis.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 50 m² olan birmərtəbəli kənd tibb məntəqəsinin tavanının qamışdan ibarət örtüyü 4 m² sahədə yanıb. Tibb məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

16:45 - 31 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin