Bacısını əzab verməklə öldürməkdə ittiham edilən 56 yaşlı Azər Əfəndiyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Asayis.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Azər Əfəndiyev 58 yaşlı bacısı Məlahət Əfəndiyevanı köməksiz vəziyyətdə qəsdən öldürməkdə, ona əzab verməkdə və qəsdən sağlamlığına xüsusi amansızlıqla zərər verməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib.