Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
Asayis.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini, 1961-ci il təvəllüdlü Sahib Rəşid oğlu Cavadov dünən həmin tibb ocağında əməliyyat olunub.
Ayaq barmağındakı ağrı ilə əlaqədar cərrahi müdaxilə olunan şəxsin vəziyyəti qısa müddət sonra pisləşib və xəstə vəfat edib.
Bildirilib ki, həmin şəxs özü də xəstəxana əməkdaşı olub. S.Cavadov xəstəxananın Şüa və diaqnostika şöbəsində texnik vəzifəsində çalışırmış.
Hadisə ilə bağlı araşdırma aparılır.