Gəncə şəhərində “Isuzu” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.
Asayis.az apa-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 50 kvadratmetr olan lambirdən ibarət talvar 8 kvadratmetr sahədə əriyib. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.