Rusiya paytaxtında yerləşən Akademik Satira Teatrında yanğın baş verib.
Məlumata görə, binadan 50 nəfər təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.
Bildirilir ki, yanğının sahəsi 350 kvadratmetrə qədər sahəni əhatə edir. Alov günbəzin taxta konstruksiyaları ilə sürətlə yayılır.
Moskva fövqəladə hallar xidməti teatrın yerləşdiyi küçədə nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığını açıqlayıb. Yanğının təmir işləri zamanı texniki təhlükəsizlik qaydalarına əməl edilmədiyinə görə baş verdiyi müəyən olunub.