Böyüklər üçün filmlərin ulduzu olan aktrisa evində ölü tapılıb - FOTO

 Böyüklər üçün filmlərin ulduzu olan aktrisa evində ölü tapılıb - FOTO

Məşhur pornoulduz Cessi Ceyn sevgilisi ilə birlikdə evində ölü tapılıb.

Asayis.az xarici mətbuata istinadən xəbər verir ki, Ceynin həddindən artıq dozada narkotik qəbulundan öldüyü bildirilir. 

Bildirilib ki, əsl adı Sindi Taylor olan kino ulduzu Cessi Ceyn və onun sevgilisi Brett Hasenmueller Oklahoma ştatındakı evlərində aşkarlanıb.

Mur Polis Departamentinin leytenantı Fransisko Franko “The New York Times” qəzetinə bildirib ki, aktrisanın ölüm səbəbi koronerin hesabatından sonra təsdiqlənəcək, lakin onlar Ceyninin həddindən artıq dozada narkotik qəbulundan öldüyünü təxmin edirlər. O əlavə edib ki, hər iki şəxsin ölümləri ilə bağlı araşdırma başlayıb.

2000-ci illərin əvvəllərində məşhur film ifaçısı olan Ceyn karyerasına modellik sahəsindən başlyıb. 43 yaşında dünyasını dəyişən məşhur ulduz 2005-ci ildə "Digital Playground" şirkəti tərəfindən çəkilmiş 1 milyon dollar büdcə ilə bütün zamanların ən yüksək büdcəli seksual xarakterli filmlərindən biri olan Pirates filmindəki rolu ilə tanınır. Ceyn 2008-ci ildə çəkilmiş "Pirates II: Stagnetti's Revenge" filminin ilk filmində zabit Jül rolunu təkrarladı və təxminən 8 milyon dollar qazandı.

15:00 - 26 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin